AZ

Dünya qaynayır: 2024-cü il tarixdə ən isti il kimi qeydə alındı

Son on ildə qlobal istilik rekordları qırılıb və  2024-cü il ən isti il kimi tarixə düşüb.

Yenisabah.az Avropa Orta Müddətli Hava Proqnozu Mərkəzinə istinadən xəbər verir ki,  2024-cü il orta temperaturun 1,5 dərəcə yüksək olması ilə dünyada ən isti il kimi qeydə alınıb. İkinci ən isti il isə 2023 olub.

Copernicus İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, son 10 il ərzində dünyada temperatur dəyərləri mütəmadi olaraq artıb. ERA5 qiymətləndirmələrinə əsasən, dünyanın ən isti illəri siyahısı belədir:

  • 2024
  • 2023
  • 2016
  • 2020
  • 2019
  • 2017
  • 2015
  • 2022
  • 2021
  • 2018

İstanbul Texniki Universitetindən Prof. Hüseyn Toros bildirib ki, bu istilik artımı qlobal istiləşmənin ciddi nəticələrindən xəbər verir. “Son illər qeydə alınan istilik artımları artıq istisna deyil, qlobal norma halına gəlib. Xüsusilə 2024-cü il qeyri-adi temperatur göstəriciləri ilə diqqət çəkir,” – deyə o vurğulayıb.

Professorun sözlərinə görə, istilik artımı yalnız təbiətə deyil, həm də insan həyatına ciddi təsir göstərir. O bildirib: “Su ehtiyatlarının azalması, kənd təsərrüfatı və ekosistemlər üzərindəki təzyiq qida təhlükəsizliyini təhlükə altına alır. Bu problemlərin həlli üçün həm fərdlər, həm də hökumətlər daha məsuliyyətli davranmalıdır.


Telegram kanalımız
Seçilən
13
yenisabah.az

1Mənbələr