AZ

Qəzzada son durum

465 gündür İsrailin hücumlarının davam etdiyi Qəzzada insan tələfatı 46 min 584-ə yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 465 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat var.

Açıqlamada İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi 2 hücumda 19 nəfərin həyatını itirdiyi, 71 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 46 min 584-ə, yaralıların sayı isə 109 min 731-ə yüksəlib.

Dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Seçilən
19
4
cebheinfo.az

10Mənbələr