AZ

Bakıda yeni metro stansiyalarının tikiləcəyi ərazilərdə mənzillər bahalaşıb?

Bakı. Trend:

Metro stansiyaların inşası paytaxtda ictimai nəqliyyatıninkişafına, tıxacın azalmasına səbəb olacaq. Bununla yanaşı inşaediləcək metro stansiyaların ətrafında mənzillərin qiymətininindidən bahalaşdığı deyilir.

Bu faktı Trend-ə mənzil alqı-satqısı ilə məşğul olan OrxanRüstəmov da təsdiqləyib.

O qeyd edib ki, artıq həmin ərazilərdə mənzillərini satışaçıxaran bəzi sakinlər hər kvadratmetrinə görə qiyməti 50 manatbahalaşdırıb:

"Yeni metro xətləri, ərazinin nəqliyyat infrastrukturunugücləndirir və şəhər içində daha asan və sürətli hərəkət etməyəimkan verir. Bu, ərazinin daha cəlbedici olmasına səbəb olur. Yeniticarət obyektləri, ofislər və yaşayış binaları tikilə bilər ki, buda ərazinin iqtisadi dəyərini artırır".

Mövzu ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspertRamil Osmanlı bildirib ki, metro stansiyalar inşa edilənzaman kəsiyində mənzillərin qiymətində artım baş verəcək ki, bu dahər il qeydə alınır. Lakin bu metro stansiyaların tikintisi iləbağlı deyil. Bunun bir çox səbəbləri var.

"Nəzərə almalıyıq ki, ictimai nəqliyyatla təmin olunan ərazilərdə daşınmaz əmlak qiymətlərinə təsir göstərir. Bu, əmlakınqiymətləndirilməsinin formalaşmasında vacib elementlərdən biridir.Lakin qeyd etdiyimiz ərazilərdə qiymət necə dəyişəcək onu zamangöstərəcək", - o əlavə edib.

Öz növbəsində, daşınmaz əmlak və inşaat üzrə ekspertElnur Azadov Trend-ə əlavə edib ki, metro stansiyaların inşası uzunçəkən prosesdir.

"Hələlik həmin ərazilərdə mənzillərin qiymətinin bahalaşmasıbarədə danışmaq tezdir. Adətən metro stansiyanın açılışından iki iləvvəldən həmin ərazilərə maraq artır", - deyə o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerliteleviziya kanallarına müsahibəsində Bakıda 10 yeni metrostansiyasının inşa ediləcəyini açıqlayıb.

Məqalədə:
Seçilən
18
45
az.trend.az

10Mənbələr