AZ

Qanada vəba epidemiyası - Ölənlərin sayı 40-a çatdı

Qərbi Afrika ölkəsi Qanada vəba xəstəliyindən ölənlərin sayı 40-a yüksəlib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, vəba epidemiyasının 2024-cü ilin oktyabr ayından etibarən ölkənin beş vilayətinə yayılmağa davam etdiyi bildirilib.

Açıqlamada ölkədə 4850 nəfərdə vəba epidemiyası görüldüyü, xcəstəlikdən həyatını itirənlərin sayının 40-a yüksəldiyi bildirilib.

Açıqlamada hökumətin epidemiyaya qarşı peyvənd kampaniyalarını davam etdirdiyi vurğulanıb.

Qida və su ilə ötürülən vibrio bakteriyaların yaratdığı vəba, ishala və beləliklə də orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.
 
Cəmalə
Seçilən
16
azxeber.com

1Mənbələr