Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının prezidenti Antonio Kosta ilə telefon danışığı aparıb.
Herbiand.az bu barədə Ermənistan mətbuatına istinadən bildirir.
Söhbət zamanı Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidentini yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb, həmçinin, Ermənistan və Aİ arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluğunu bildirib.
Kostanın sualına cavab olaraq Ermənistanın baş naziri Ermənistan-Azərbaycan sülh prosesinin hazırkı vəziyyəti barədə məlumat verib və hökumətin sülh gündəliyindən kənara çıxmayacağını vurğulayıb. Onlar gələcəkdə əlverişli imkanlar daxilində dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Bəxtiyar CƏFƏRLİ