Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian yanvarın 17-də görüşəcəklər.
Gundem.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Rəsmi səfər zamanı ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinin, həmçinin ticarət-sərmayə, nəqliyyat-logistika və humanitar sahələr, regional, beynəlxalq gündəlikdəki aktual məsələlər müzakirə ediləcək.
"Liderlər iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq və mətbuata birgə açıqlamalar verəcəklər", - deyə məlumatda qeyd edilib.