AZ

Gənc boksçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Yanvarın 14-də gənc boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək. 

Apasport.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlarda 13, qızlarda 2 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 64 komandanın 278 oğlan, 26 qız boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:15-da başlanacaq. Qaliblərin adına isə yanvarın 19-da aydınlıq gələcək.

Yarış çərçivəsində həmçinin qızlar arasında Boks Federasiyasının seçmə turniri də baş tutacaq və 6 çəkidə ən güclülər dəqiqləşəcək. 

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin baş hakimi Anar Babanlı olacaq.

Azərbaycan çempionatında 7 çəki üzrə yarımfinalçılar bəlli olub

Azərbaycan çempionatında 1/8 finala yekun vurulub

Azərbaycan çempionatının ilk günündə 38 döyüş keçirilib

Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Sabah boks üzrə Azərbaycan çempionatı start götürəcək

Seçilən
52
7
apasport.az

10Mənbələr