AZ

Nəzrin Mansurlunun müalicə aldığı xəstəxanada ölməsi faktı üzrə cinayət işi başlanıb

Bakı. Trend:

Yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini MansurluNəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı iləbağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Trend-ə Nəsimirayon prokurorluğundan məlumat verilib.

Bildirilir ki, ilkin araşdırma zamanı Nəzrin Mansurlununyanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşənklinikalardan birində rinoplastika əməliyyatı edilməsi,əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçünmüalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyənedilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünəsəbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessualhərəkətlər icra olunur.

Seçilən
21
49
az.trend.az

10Mənbələr