AZ

Ucarda uşaq yazıçısı Gülzarİbrahimova ilə görüş keçirildi

Image

13 yanvar tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Ucar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Ucar rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə müasir Azərbaycan  uşaq  ədəbiyyatının görkəmli nümayəndəsi, uşaq yazıçısı, Prezident təqaüdçüsü, Həsən bəy Zərdabi mükafatçısı, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülzar İbrahimova  ilə görüş keçirildi.

Tədbirin əvvəlində qeyd olundu ki, uşaqların sevimlisi Gülzar İbrahimovanın ilk dəfə  2018-ci il may ayının 4-də Veteranlar parkında uşaqlarla və rayon ictimaiyyəti ilə görüşü təşkil edilmişdir. Yazıçı 62 kitab, 47 elektron kitabın müəllifidir. Onun “Dünyanın ən güclüsü”, “Tənbəlin nağılı”, “Tülkü balası”, “Su pərisi”, “Od xəzinəsi”, “Göy qurşağı qardaşlarının yeddi nağılı”, “Dəniz balası”, “Dəhşətli nağıl”, “Göydə neçə ulduz  var” və b. kitablarında müxtəlif mövzulu nağıllar və şeirlər toplanmışdır. Gülzar İbrahimova oxucular arasında mənsur şeir yazarı, nağıl yazarı kimi isə “Gülzar nənə” kimi tanınır və sevilir. 


Sonra yazıçı çıxış etdi, yeni şeirlərini oxuculara söylədi. Yazıçı onun şeirlərinə bəstələnmiş mahnıları, onun nağılları əsasında hazırlanmış səhnəcikləri və şeirlərini ifa edən uşaqlara hədiyyələr təqdim etdi. Sonda Ucar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova uşaq yazıçısı G.İbrahimova haqqında maraqlı məlumat verdi və qonaqlara təşəkkürünü bildirdi. Tədbirdə Gülzar İbrahimovanın yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu.

Görüşdə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon  MKS-inin direktoru  Lətifə Məmmədova, rayon mədəniyyət müəssisələrinin əməkdaşları, oxucular, müəllim  və məktəblilər, kiçik yaşlı uşaqlar, valideynlər iştirak etdilər.  Gülzar İbrahimova Ucar rayon Mərkəzi Kitabxanasında oldu və kitabxanaya yeni kitablarını hədiyyə etdi.






Seçilən
46
8
baki-xeber.com

9Mənbələr