AZ

Ferstappen ittihama sərt cavab verdi

“Red Bull”un pilotu Maks Ferstappen “Maklaren”in icraçı direktoru Zak Braunun Meksika “Qran-pri”sindən sonra ona ünvanladığı ittihama tikanlı cavab verib.

Braun niderlandlını natəmiz mübarizədə suçlamış, onun manevrlərinin trassdakı başqa pilotlara təhlükə yaratdığını demişdi. Ferstappen Meksika mərhələsinin gedişində “Maklaren” pilotu Lando Norrislə mübarizəyə görə iki 10 saniyəlik cərimə almışdı. Maks Brauna belə cavab verib:

“Özü yarışlarda iflasa uğrayan bir adamdan belə ittihamlar eşitmək mənim üçün çox əyləncəlidi”.

Xatırladaq ki, 27 yaşlı Ferstappen 2024 mövsümünün sonunda 4-cü dəfə dünya çempionu olub, 25 yaşlı Norris 2-ci yeri tutub.
Bu arada “Formula-1” üzrə dünya çempionatında 2025 mövsümünün təqvimi açıqlanıb. Yeni mövsüm 24 mərhələdən ibarət olacaq. Martın 14-16-sı aralığında Avstraliya “Qran-pri”si ilə start götürəcək mövsüm dekabrın 5-7-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yekunlaşacaq.

Yeni mövsümün yarışları 5 qitədə baş tutacaq. Mövsümöncəsi sınaqlar isə fevralın 26-28-də Bəhreyndə olacaq. Dünya çempionatında Azərbaycan mərhələsi sentyabrın 19-21-i aralığında keçiriləcək.
Seçilən
10
football-plus.az

1Mənbələr