AZ

Şokolad istehsalçısı olan “Konfirom” MMC cərimələndi

Şokolad istehsalçısı olan “Konfirom” MMC cərimələnib.

XALQ.AZ -ın xəbərinə görə, qərar Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

Xatırlatma: Şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 491.3-cü (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Qeyd edək ki, “Konfirom” MMC qənnadı fabriki 2014-cü ildən fəaliyyət göstərir. “Konfirom” fabrikinin istehsal etdiyi “Darenka” məhsulundan sosial şəbəklərdə alıcılar köhnə dad verdiyi üçün həmçinin içərisindən cürbəcür kənar əşyaların  çıxmasından müxtəlif vaxtlarda  şikayət edirlər.

 

 

Seçilən
19
xalq.az

1Mənbələr