Çinin \"China Southern” aviaşirkəti Moskva-Pekin marşrutu üzrə birbaşa uçuşları martın 30-dək dayandırıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
Bildirilir ki, vəziyyət 15-17 min nəfərin səyahətinə təsir edə bilər.
Assosiasiya qeyd edib ki, \"China Southern”dən başqa dörd aviaşirkət - \"Aeroflot”, \"China Eastern” və \"Hainan Airlines” Moskva-Pekin marşrutu üzrə uçuşlar həyata keçirir.