Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitsonun görüş təklifinə cavab verib.
Publika.az xəbər verir ki, Zelenski bu barədə "X" sosial şəbəkəsində yazıb:
“Görüşməyə razıyam, ancaq bu həftə Kiyevdə. Cümə günü Kiyevə gəlin!”, - deyə Zelenski əlavə edib.
Xatırladaq ki, dünən Fitso öz “Facebook” səhifəsində Zelenskini Slovakiya ərazisində - dövlət sərhədi yaxınlığında görüşə dəvət edib. Baş nazir Rusiya qazının tranzitinin dayandırılmasını müzakirə etmək istədiyini bildirib.