Bakı. Trend:
Los-Anceles vilayətində yanğının baş verdiyi bölgələrdə xidmətedən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 50-yə yaxınşəxs həbs edilib.
Trend xəbər verir ki, bubarədə Los-Anceles vilayətinin rəhbəri Robert Luna açıqlama verib.O bildirib ki, 34 nəfər İton və Paliseyds bölgələrində həbsolunub.
Onlar soyğunçuluq, başqasının mülkünə qanunsuz daxil olma kimimüxtəlif cinayətlərdə ittiham olunublar. Los-Anceles PolisDepartamenti isə şəhər daxilində 14 nəfəri həbs edib. Hazırda 92mindən çox insan təxliyə əmri altındadır və təxminən 89 min sakinətəxliyə xəbərdarlığı edilib.