AZ

Bunlar nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır

Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi, ödəmə mənbəyində tutulan vergi bəyannaməsində qeyri-rezidentə ödənilmiş məbləğlərlə Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış ƏDV bəyannaməsinin göstəricilərinin müqayisəsi, vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatlar, kredit və ya elektron pul təşkilatlarından və ya bank əməliyyatları aparan şəxslərdən alınan rəsmi məlumatlar, dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatlar, digər səlahiyyətli orqanlardan alınan məlumatlar, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar nəzərə alınmaqla Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarında əksini tapıb.

Seçilən
13
heftelik.az

1Mənbələr