AZ

ABŞ-də meşə yanğınları nəticəsində iqtisadi zərər 250 milyard dolları ötdü

ABŞ-də Los-Ancelesdə və ətrafında davam edən yanğınlar nəticəsində dəyən ümumi zərər və iqtisadi itkilərin təxminləri 250-275 milyard dollar aralığına yüksəldilib.

 

Qlobal hava proqnozu xidməti olan “AccuWeather” ABŞ-da davam edən meşə yanğınlarının iqtisadi dəyəri ilə bağlı təxminlərini yeniləyib.

 

Müvafiq olaraq, davam edən yanğınların vurduğu ümumi zərərin və iqtisadi itkilərin 250-275 milyard dollar arasında olduğu təxmin edilir.

 

“AccuWeather” ilk dəfə keçən həftə yanğınların dəyərinin 52-57 milyard dollar arasında olacağını proqnozlaşdıran ilkin hesablamaları açıqlamışdı.

 

Yanğınlar davam etdikcə bu təxmin 135-150 milyard dollar arasında artırılmışdı.

 

APA

Tarix: 14 Yanvar 2025, 07:09   
Seçilən
17
9
pravda.az

10Mənbələr