AZ

İspaniya xarici vətəndaşlara qarşı qaydaları sərtləşdirməyi planlaşdırır

Bakı. Trend:

İspaniya hökuməti ölkədə yaşanan “daşınmaz əmlak böhranı”naqarşı bir sıra sərt ölçülər qəbul etməyi planlaşdırır. Yenitədbirlər, əsasən, Avropa İttifaqında yaşayış hüququ olmayan xaricivətəndaşlara, o cümlədən, Britaniya vətəndaşlarına da təsirsizötüşməyəcək.

Trend xarici KİV-əistinadən xəbər verir ki, ölkənin baş naziri Pedro Sançez yaranmışböhranın aradan qaldırılması üçün bir sıra tədbirlər paketi, ocümlədən, xarici vətəndaşların İspaniyada alacaqları daşınmazəmlaka 100 faizlik verginin tətbiq olunmasını təklif edib.

Hökumət başçısının bildirdiyinə görə, bu ölçünün əsas məqsədidaşınmaz əmlak məsələlərində İspaniya sakinlərinə prioritet verməkvə turist cəlb etmək üçün bəzi işbazların spekulyasiyaları iləmübarizə aparmaqdır.

Statistikaya görə, Aİ-də yaşayış hüququ olmayan xaricivətəndaşlar 2023-cü ildə İspaniyada 27 minə yaxın daşınmaz əmlakalıb.

Seçilən
7
az.trend.az

1Mənbələr