AZ

Dövlət qurumlarına və xəstəxanalara əmr gəldi: Girovları qəbul etməyə hazırlaşın

İsrailin dövlət qurumları və xəstəxanalarına Qəzza zolağında Fələstinin Həmas hərəkatı ilə mümkün sövdələşmə çərçivəsində girovları qəbul etməyə hazırlaşmaq əmri verilib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziya və radio şirkəti Kan məlumat yayıb.

Qeyd olunur ki, sövdələşmə həqiqətən də təsdiqlənərsə, girovlar yaxın günlərdə İsrailə təhvil veriləcək.

Nəşrin məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin (İDF) nümayəndələri xəstəxanaları yaxın günlərdə girovların mümkün qəbuluna hazırlamaq üçün Səhiyyə Nazirliyinin müvafiq rəsmiləri ilə görüşüb.

Seçilən
7
publika.az

1Mənbələr