AZ

Rusiyada təyyarə əlverişsiz hava şəraiti səbəbindən məcburi eniş edib

“Utair” aviaşirkətinin İrkutsk-Ust-Kut marşrutu ilə uçan təyyarəsi əlverişsiz hava şəraiti ilə əlaqədar “Bratsk” aerodromunda eniş edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

"Yanvarın 14-də saat 09:00 radələrində “Utair” aviaşirkətinin İrkutsk - Ust-Kut marşrutu ilə uçan təyyarəsi təyinat aeroportunda əlverişsiz hava şəraiti səbəbindən Bratsk aerodromunda eniş edib. Eniş uğurla həyata keçirilib. Hava şəraitinin əlverişli olacağı halda reysin saat 14:30-da həyata keçirilməsi planlaşdırılır. Bratsk Nəqliyyat Prokurorluğu reysin gecikməsi zamanı sərnişinlərin xidmətlərlə bağlı hüquqlarının müdafiəsi üzrə nəzarət tədbirləri həyata keçirir", - məlumatda deyilir.

Seçilən
7
1
report.az

2Mənbələr