Suriyada yeni administrasiyanın lideri Əhməd Şara rejimin devrilməsi ilə ölkəyə dönüşün sürətlənəcəyinə diqqət çəkərək, “2 il ərzində 14 milyon suriyalının öz ölkələrinə dönəcəyinə əminəm” deyib."YouTube" platformasında məzmun prodüseri Joe HaTTab-a danışan Şara, 61 illik Baas rejiminin dağılmasından sonra məcburi köçkün və ölkəni tərk etmək məcburiyyətində qalan suriyalıların öz torpaqlarına qayıtmağa başladığını bildirib.Şəra vurğulayıb ki, rejimin devrilməsi ilə nəticələnən proses zamanı onların nəzarətində olan bölgələrdə yaşayan insanlar köçkün düşməyib, əksinə, daha çox insan ora yaşamaq üçün gəlib, indi isə cəmiyyətin bütün təbəqələrindən insanlar heç bir problem olmadan birlikdə yaşamağa davam edir.Ölkəyə qayıdanların sayının artacağına diqqət çəkən Şara, "2 il ərzində 14 milyon suriyalının ölkələrinə dönəcəyinə əminəm. Yalnız 1 və ya 1,5 milyonu qalacaq" ifadələrini işlədib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta