AZ

Kamran Əliyev gənc hüquqşünaslara məsləhət verdi: "Prokurorluğa qəbul olunanlar dil biliklərini inkişaf etdirməlidir"

Ötən illərlə müqayisədə xarici ölkələrdə təhsil alan hüquqşünaslar prokurorluq orqanlarına qəbulla bağlı az sənəd veriblər.

Mia.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların Baş Prokurorluqda andiçmə mərasimi zamanı deyib.

K.Əliyev, həmçinin bu il qəbul olunan hüquqşünasların xarici dil biliklərinin az olmasından şikayətlənib: "İşə qəbul olunanlardan 8-nin xarici dil biliyi var. Bunlardan 5-i rus, 3-ü ingilis dilini bilir. Prokurorluq orqanlarına qəbul olunan şəxslər dil biliklərini inkişaf etdirməlidirlər"(Report).

Seçilən
1
6
mia.az

8Mənbələr