AZ

Yeni nəsil nəzarət-kassa aparatları 24,5 milyard manatlıq dövriyyə qeydə alıb - 12 FAİZ ARTIB

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Xidmətin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisində 104 min 019 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyələrə nəzarətin təmin edilməsinə imkan yaradıb. 

2024-cü ilin yanvar-dekabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 24 milyard 541,3 milyon manatdan çox olub ki, bu da 2023-cü illə müqayisədə 2,6 milyard manat və ya 12 faiz çoxdur.

nəzarət-kassa aparatları
Seçilən
3
6
marja.az

10Mənbələr