AZ

Bayden yekun nitqində Trampı tənqid etdi

Rusiya prezidenti Vladimir Putin heç bir strateji məqsədə nail olmayıb. Ukraynalılar ABŞ-ın dəstəyi ilə öz ölkələrini Yer üzündən silməsinə imkan vermədilər.

Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden yanvarın 13-də Dövlət Departamentində səlahiyyət müddətinin sonunda etdiyi yekun çıxışında bildirib.

Ağ Evin səlahiyyət müddəti başa çatan rəhbəri Ukraynaya dəstəyin davam etdirilməsinə çağırıb.

ABŞ və onun müttəfiqləri arasındakı münasibətdən danışan ABŞ prezidenti postunda olduğu 4 il ərzində müttəfiqlərin daha da gücləndiyini bildirib. Baydenin sözlərinə görə, məhz bunun sayəsində ABŞ qlobal yarışda qalib gələ bilir. Məsələn, Çin hələ də onların öhdəsindən gələ bilmir, Rusiya və İran isə hərbi cəhətdən xeyli zəifləyib.

Baydenin çıxışında Yaxın Şərq münaqişəsinin gərginləşməsinə də istinad edilib. O qeyd edib ki, Birləşmiş Ştatlar həmin regionda tərəflər arasında gələcək sülh sazişinə nail olmaq üçün səyləri gücləndirməlidir.

Bayden deyib ki, danışıqlarçılar artıq HƏMAS-ın Qəzza zolağında saxladığı girovların azad edilməsinə və atəşkəsin qorunmasına imkan verəcək və bu da öz növbəsində mülki əhaliyə humanitar yardımın çatdırılmasına şərait yaradacaq saziş bağlamağa yaxındır.

ABŞ prezidenti Fələstin xalqının sülhə və real təhlükəsizliyə layiq olduğunu vurğulayıb.

ABŞ-Çin münasibətlərindən danışan Bayden bildirib ki, onun administrasiyası bu münasibətlərin inkişafına məsuliyyətlə yanaşıb və hakimiyyətdə olduğu 4 il müddətdə heç vaxt münaqişəyə çatmamağa nail olub.

Yekun nitqində iqlim dəyişikliyinə istinad da yer alıb, onun çərçivəsində Bayden seçilmiş prezident Donald Trampı tənqid edib, Tramp və komandasının yəqin ki, başqa bir əsrdən olduğunu və mövcud ekoloji problemləri başa düşmədiyini bildirib.

Seçilən
3
1
modern.az

2Mənbələr