AZ

Paşinyanın sabiq müttəfiqindən sensasion iddia: Nikol tezliklə istefa verəcək və ölkədə..

Paşinyanın keçmiş müttəfiqi, deputat Ovik Ağazaryan əmindir ki, yaxın aylarda baş nazir istefa verəcək və ölkədə növbədənkənar seçkilər keçiriləcək.

Publika.az xəbər verir ki, o, bu barədə “Azadlıq” radiosuna bildirib.

Hakimiyyət mütəmadi olaraq müxalifətin növbədənkənar seçkilərin keçirilməsinin zəruriliyi və ya mümkünlüyü ilə bağlı iddialarını təkzib edərək, belə bir məsələnin onların gündəmində olmadığını iddia edirdi.

Keçmiş hökumət nümayəndəsinin proqnozları nəyə əsaslanır? Ağazaryan belə cavab verib: “Mən dost söhbətində səbəbləri deyirəm, amma burada deməyəcəyəm”.

Ötən ilin sonuna kimi hakim komandanın tərkibində olan və hakimiyyət dairələrində baş verənlərdən xəbərdar olan Ovik Ağazaryan hesab edir ki, hazırkı xarici siyasət hadisələri vaxtından əvvəl seçkilərin hakimiyyətin maraqlarına cavab verən şərait yaradır. Onun sözlərinə görə, indi Nikol Paşinyanın yenidən etimad mandatı almaq və öz planlarını təbliğ etmək şansı daha çoxdur.

“Bu hadisələr var, təkcə onlar deyil. Növbədənkənar seçkilərin keçirilməsinin başqa səbəbləri də var”, - deyə Ağazaryan vurğulayıb.

Seçilən
2
1
publika.az

2Mənbələr