AZ

Qızıl mədəninə hücum: 17 işçi...

Perunun La Libertad bölgəsində qeyri-qanuni mədənçilər qızıl mədəninə hücum edərək elektrik ötürücü qülləni partladıblar. 

News24.az xəbər verir ki, hücum nəticəsində mədəndə qapalı qalan 17 işçi üçün xilasetmə əməliyyatına başlanılıb.

Pataz rayonunun meri Sequndo Armas açıqlamasında bölgəyə çatmağın çox çətin olduğunu və mədəndəki telefon xətlərinin işləmədiyini bildirib. Qeyd edək ki, qızıl, gümüş və mis kimi mineralların yerləşdiyi Peruda hökumət qeyri-qanuni mədənçilik fəaliyyətinə qarşı mübarizə aparır.

Günel Məlikzadə

Seçilən
11
news24.az

1Mənbələr