AZ

"Neftçi" daha bir legioneri düşərgəsindən göndərdi

“Neftçi” daha bir futbolçusu ilə yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, Kilan Lebonla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2023-cü ilin yanvarında transfer olunmuş 27 yaşlı fransalı yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində 73 rəsmi oyun keçirib, 6 qol vurub.

Bu qış macarıstanlı müdafiəçi Mark Tamaş da “Neftçi”dən ayrılıb.

Seçilən
6
sportinfo.az

1Mənbələr