Bu gün Rusiya və Belarus ordusu Minskdə birgə hərbi təlimlərə başlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
"Yanvarın 14-dən 16-dək stasionar idarəetmə məntəqələrində Belarus və Rusiya silahlı qüvvələrinin nümayəndələri birgə əməliyyatlar zamanı qoşun qruplarından istifadə variantlarından birini işləyəcəklər", - deyə vurğulanıb.
Qeyd olunub ki, təlimin məqsədi İttifaq dövlətinin "müdafiə qabiliyyətini artırmaq"dır.
Daşqın HəsənovMissiya.Az