"Neftçi" klubu Kilan Lebonla yolları ayırıb.
Publika.az xəbər verir ki, Sent-Martin milli komandasının üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2023-cü ilin yanvarında transfer olunmuş Lebon “ağ-qaralar”ın heyətində 73 rəsmi oyun keçirib, 6 qol vurub.