AZ

Almaniyanın müdafiə naziri qəfildən Ukraynaya gəldi

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya gələcək dəstəyi müzakirə etmək üçün Kiyevə elan olunmamış səfər edib.

AzPost bildirir ki, “N-TV” telekanalının məlumatına görə, Boris Pistorius Kiyevə səfəri çərçivəsində Ukrayna hakimiyyəti ilə Berlinin hərbi yardımının davam etdirilməsi məsələsini müzakirə edəcək və yerlərdə mövcud vəziyyətlə tanış olacaq.

Müdafiə naziri, həmçinin Ukraynanın hərbi sənaye kompleksinə Almaniyanın investisiyası ilə bağlı da danışıqlar aparmağı planlaşdırır.

Qeyd edək ki, bir müddət öncə Boris Pistorius Ukraynaya RCH-155 özüyeriyən artilleriya qurğularının tədarük olunduğunu elan edib.

Seçilən
10
1
azpost.info

2Mənbələr