Rusiyada bloger anormal davranışlarına görə tənqid hədəfinə çevrilib. Baza Telegram kanalının yaydığı məlumata görə, Moskvada bir qız TikTok videosu çəkmək üçün balaca uşağın kürəyinə bərk təpik vurub.
Görüntülər sosial şəbəkələrin Rusiya seqmentində hiddətlə qarşılanıb. Videoda iki qız əks olunub. Onlardan birinin ağlayan kiçik oğlunu çarpayıya qoyub. Bundan sonra digər qız uşağın kürəyinə bərkdən təpik vuraraq rəqs etməyə başlayıb. Zərbə nəticəsində uşaq sözün həqiqi mənasında havaya uçub... Tibb mütəxəssisləri yerli emdiaya verdikləri açıqlamalarda hətta bu cür zərbələrin ölümcül, ağır travmalarla nəticələnə biləcəyini deyiblər.
Bundan sonra qızlar çəkdikləri videonu TikTok-a yükləyiblər. Görüntülər hüquq-mühafizə orqanlarının əməkdaşlarının da əlinə keçib. Onlar hadisə ilə bağlı cinayət işi açıblar. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları videonun "qəhrəmanlarını" axtarırlar.
Tural