AZ

Dollar dəyər qazanacaq - Yeni Proqnoz

Dollar proqnozlarını yeniləyən "Goldman Sachs" strateqləri altı ay ərzində avronun dollara nisbətdə ucuzlaşacağını, paritetdən aşağı qiymət olacağını proqnozlaşdırdılar.

News24.az teleqraf.com-a istinadla xəbər verir ki, qurumun ekspertləri ABŞ iqtisadiyyatındakı artımı nəzərə alaraq növbəti il dolların təqribən 5 faiz dəyər qazanacağını da irəli sürürlər.

Bank avro/dollar məzənnəsinin yaxın üç ay ərzində paritetdən aşağı, altı aydan sonra isə 0,97 səviyyəsində ticarət edəcəyini gözləyir.

"Goldman" strateqləri növbəti altı ay üçün sterlinq/dollar proqnozunu 1,32-dən 1,22-ə endirdilər. Digər tərəfdən, Böyük Britaniya büdcəsindəki böyük kəsir sterlinqin perspektivi ilə bağlı gözləntiləri bədbinləşdirir. Hətta bəzi treyderlər məzənnənin 1.12-dən aşağı düşəcəyini ehtimal edirlər.

Qeyd edək ki, bu həftə qlobal bazarlarda mühüm məlumatların və hesabatların açıqlanması gözlənilir. Bunlardan ən önəmlisi ABŞ-də inflyasiya ilə bağlı rəqəmlərdir. Çində sənaye istehsalı, pərakəndə satış, mənzil satışı və işsizlik nisbəti kimi iqtisadi məlumatlar, o cümlədən Avro bölgəsində sənaye istehsalı, xarici ticarət və cari əməliyyatlar balansı kimi mühüm göstəricilər də bazarların diqqət mərkəzində olacaq.

Xatırladaq ki, ABŞ-də qeyri-kənd təsərrüfatı məşğulluğu ilə bağlı məlumatlardan sonra dolların bahalaşması davam edir. Dolları 6 əsas valyutaya nisbətdə ölçən dollar indeksi 0,22 faiz artaraq 109,91-ə yüksəlib. Nəticədə, 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə yaxınlaşıb.


Avro dollar qarşısında 1,0208 səviyyəsini görərək 2022-ci ilin noyabrın 11-dən bəri ən aşağı səviyyəyə düşüb.


Asiya valyutalarının dollara nisbətdə ümumi ucuzlaşması prosesinə isə Hindistan rupisi rəhbərlik edir. Rupi 0,7 faiz dəyərdən düşərək 2023-cü ilin əvvəlindən bəri ən kritik ucuzlaşma nümayiş etdirib. Dollar rupi məzənnəsi 86,5575 rupidən ticarət edilir.


Seçilən
4
1
news24.az

2Mənbələr