Aktual.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 68,3 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Bundan öncəki hərraclarda tələb 7 yanvarda 73,5 milyon ABŞ dolları, 9 yanvarda isə 72,6 milyon ABŞ dolları olub.