"Antalyaspor"un yeni baş məşqçisi bəlli olub.
Yenisabah.az TRT Spor-a istinadla xəbər verir ki, komandanı Emre Belözoğlu çalışadaracaq.
O bu vəzifədə "Fənərbaxça"da birgə çıxış etdiyi Aleks de Souzanı əvəzləyəcək.
Yaxın vaxtlarda klubdan bununla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.
Son olaraq "Ankaragücü"nü çalışdıran Emre Belözoğlu 2024-cü ilin iyul ayından işsizdir. Türkiyə millisinin sabiq üzvü "Başakşehir" və "Fənərbaxça" nın da baş məşqçisi olub.
Telegram kanalımız