AZ

Dövlət qurumu təşkilati-hüquqi formasını dəyişir

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və ArxitekturaKomitəsinin Ordubad Rayon İdarəsi adını və təşkilati-hüquqi formasıdəyişir.

Trend-in əldəetdiyi məlumata görə, bu barədə idarə özü elan edib.

Belə ki, sözügedən idarə “Ordubad Tikinti” Məhdud MəsuliyyətliCəmiyyəti (MMC) kommersiya təşkilatına çevrildiyini elan edib.

Qeyd edək ki, idarə 2007-ci ildə Ordubad RayonTikinti-Quraşdırma İdarəsi kimi dövlət qeydiyyatına alınıb. 2013-cüildən isə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma vəArxitektura Komitəsinin Ordubad Rayon İdarəsi adı ilə yenidəndövlət qeydiyyatından keçib. İdarənin qanuni təmsilçisi SalmanovƏkrəm Südef oğludur.

Seçilən
8
az.trend.az

1Mənbələr