Uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə aparan Yeşilçamın usta aktrisası Filiz Akının sağlamlıq durumu maraq doğurur.
News24.az Habertürk-ə istinadən xəbər verir ki, sənətçi dünən axşam saatlarında Türkiyə Cumhurbaşkanlığının rəhbərliyi ilə təcili yardım təyyarəsi vasitəsilə İstanbula aparılıb.
Ailə yaxınlarında alınan məlumata görə, sentyabrın 1-dən sətəlcəm və bəzi digər infeksiyalardan Bodrumda müalicə alan Filiz Akın təcili ehtiyac səbəbindən Səhiyyə Nazirliyinə məxsus təcili yardım təyyarəsi ilə İstanbula gətirilib.
Akının müalicəsi İstanbulda davam etdiriləcək.
Günel Məlikzadə
![](https://news24.az/uploads/posts/2025-01/3gidw0ldpeecmv-fb1zo9q.webp)