AZ

Qadınlara televiziya aparıcısı kimi işləmək qadağan edildi

Radikal Taliban hərəkatının yaratdığı Əfqanıstan hökumətinin rəsmiləri qadınların televiziyada diktor və aparıcı kimi işləməsini qadağan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Herat əyalətindəki mənbələrə istinadən “Haşt-e Subh” qəzeti məlumat yayıb.

Məlumata görə, Fəziləti Təbliğ və Münaqişənin qarşısının alınması İdarəsi tərəfindən müvafiq fərman verilərək, qadınların televiziyaya çıxmasının “kişilər üçün təxribat” olduğu bildirilib.
Bütün KİV-lərə təlimata əməl etmələri ilə bağlı xəbərdarlıq da göndərilib.

Radikal hərəkatın nümayəndələri hələ ki, qəzetin məlumatını şərh etməyiblər.

Seçilən
16
ucnoqta.az

1Mənbələr