İqlim dəyişikliyinə qarşı fəaliyyət göstərən “Just Stop Oil” qrupunun iki üzvü Londondakı Vestminster Abbatlığında məşhur təbiətşünas Çarlz Darvinin məzarını təhrif etdikdən sonra həbs olunublar.
"Cebheinfo.az" xəbər verir ki, hadisə bazar ertəsi səhər saat 10 radələrində baş verib. Alison Li və Di Blay adlı iki qadın fəal Darvinin ağ mərmərdən olan məzar daşının üzərinə narıncı rəngli boya ilə “1,5 is dead!” (“1,5 ölüb!”) sözlərini yazıblar.
Fəallar bu hərəkətləri ilə iqlim dəyişikliyinə diqqət çəkib və hökuməti təcili tədbirlər görməyə çağırıblar.
Bu ifadə, 2024-cü ildə qlobal temperaturun sənaye öncəsi dövrlə müqayisədə ilk dəfə olaraq 1,5°C həddini keçməsinə işarə edir.
“Just Stop Oil” qrupu, son illərdə müxtəlif yüksək profilli etiraz aksiyaları ilə tanınır.