AZ

Azərbaycanın "yaşıl enerji" bazarına verdiyi töhvə - AÇIQLAMA

Müəllif: Elvin Səxavətoğlu

"20, 30 il öncə səhnəyə dünya iqtisadiyyatına gedən proseslərə diqqət yetirsək, görərik ki, əsasən investorlar inkişaf etmiş Qərb ölkələri idi. Asiyada isə Yaponiya və Səudiyyə Ərəbistanı bu istiqamətdə addımlar atırdı. Hazırda isə Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Qazaxıstan artıq investora çeviriblər.  Bu çox sevindirici haldır. Odur ki, Azərbaycanda yaşıl enerji sektoruna ən birinci investisiya yatıran məhz Asiya ölkələridir".

Bu sözləri Day.Az-a Azərbaycanın "yaşıl enerji" bazarındakı rolu barədə danışan iqtisadiyyat üzrə fəlsəfə doktoru, iqtisadiyyat sahəsi üzrə ekspert Emin Qəribli deyib.

O bildirib ki, Qərb ölkələrində investisiyanın ilk növbədə birbaşa investisiya olmur.

"Çox vaxt bu portfel investisiya olur. Olanda da müəyyən konyukturadan asılı olaraq həyata keçirilib. Bu investisiyalar müəyyən siyasi mahiyyətli olur. Ona görə də elə Amerika Birləşmiş Ştatları və digər inkişaf etmiş ölkələr Asiyaya investisiya yatırmaq üçün savaş aparırlar".

Azərbaycanın "yaşıl enerji" sektorundan uğurlu addımlar atdığını deyən Emin Qəribli bildirib ki, bərpa olunan enerji dördüncü sənaye inqilabı dövrünün ən perspektivli, ən öndə gedən sahələrdən biridir.

"Artıq Azərbaycan bu istiqamətdə addımlar atmağa başlayıb. COP29 dövründə Azərbaycan, Qazaxıstan və Özbəkistanın "yaşıl enerji" sektoru ilə bağlı sazişinin böyük əhəmiyyətə malik olduğunu deyib.Yəni ki, bu ölkələr "yaşıl enerji"nin birgə hasilatına və istifadəsinə dair saziş imzalayıb. Bu nə deməkdir? Ümumiyyətlə "yaşıl enerji" məsələsi hələ eksperimental bir səviyyədədir. Bu səbəbdən sektorun sistemləşməsinə ehtiyac var. Ona görə də ölkələr bu sektorda ixtisaslaşmalıdırlar. Məsələn, Azərbaycan adını sadaladığım ölkələrlə birgə kooperasiya qura bilər. Üç ölkənin birgə addımları bu sektorda ciddi inkişafa səbəb olar. Bu birgə addımları nəqliyyat sektoruna da aid etmək olar".

  • Azərbaycanın
  • Azərbaycanın
Seçilən
12
day.az

1Mənbələr