Ermənistan- ABŞ tərəfdaşlığı digər dövlətlər və birliklər üçün təhlükəsizliyə təhdid yaratmamalıdır. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov deyib.
Onun sözlərinə görə, iki ölkənin strateji tərəfdaşlığının perspektivlərini qiymətləndirmək üçün müvafiq sənədlərlə tanış olmaq lazımdır. Tasmaqambetov qeyd edib ki, ABŞ-la belə ikitərəfli münasibətlərin qurulması Ermənistanın suveren hüququdur.
Bu arada KTMT-nin baş katibi söhbətində vurğuladı ki, bu halda dövlətlər “bərabər və bölünməz təhlükəsizlik” prinsipinə əməl etməyə borcludurlar.