AZ

Cənubi Koreya prezidenti ifadə verməkdən imtina etdi

Qiyam ittihamı ilə həbs olunan və yüksək vəzifəli məmurlar üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılan Cənubi Koreya prezidenti Yun Sok Yol ifadə verməkdən imtina edib.

News24.az xəbər verir ki, bu barədə Yonhap agentliyi departamentə istinadən məlumat yayıb.

Daha əvvəl bildirilib ki, idarədə dindirilmə yerli vaxtla saat 11:00-da başlayıb. 

News1 agentliyinin məlumatına görə, sorğunun daha bir iclası yerli vaxtla saat 14:40-dabaşlamalı idi. Yun Sok Yolun fikir ayrılığına görə sorğu-sualın videoya çəkilmədiyi də bildirilir.

Dövlət başçısı bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları “mühafizə olunan əraziyə müdaxilə edəndə” özü də dindirilmək qərarına gəlib. İdarə həbs qərarının icra olunduğunu bildirib. Yun Sok Yol mühafizə maşını ilə iqamətgahdan şöbəyə aparılıb. İkinci həbs cəhdi səhər tezdən polis və şöbə tərəfindən edilib.

Aynurə

Seçilən
6
news24.az

1Mənbələr