AZ

“Food Plaza”nın pulunu mənimsəyən satış nümayəndəsinə elektron qolbaq taxıldı

Nizami Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Kənan Əkbərlinin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 1 müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.


İttihama görə, Kənan Əkbərli “Food Plaza” MMC-də satış nümayəndəsi vəzifəsində çalışıb. Onun fəaliyyəti MMC-nin xarici ölkələrdən gətirdiyi uşaq qida məhsullarının (qarğıdalı, kukuruz və s.) ölkə ərazisində satışını həyata keçirmək, “Food Plaza” tərəfindən onlara təhkim edilən ticarət obyektlərinin sifarişini onlara təhkim olunan post terminal vasitəsilə MMC-nin anbarına yönəltmək, sifarişlər onlar tərəfindən ticarət obyektlərinə çatdırıldıqdan sonra isə həmin ticarət obyektlərindən satılmış məhsullarının pullarını toplayıb, gətirib şirkətin xəzinəsinə ödəməkdən ibarət olub. Cinayət materiallarında qeyd edilib ki, Kənan Əkbərli şirkətin 13 664 manat pulunu mənimsəyib.

Kamal Məmmədov 

Tarix: 15 Yanvar 2025, 10:27   
Seçilən
5
pravda.az

1Mənbələr