AZ

Kuba ABŞ-la sövdələşdi – 553 nəfər azad olundu

Kuba hakimiyyəti 553 məhbusun həbsdən azad edildiyini açıqlayıb.

Herbiand.az xəbər verir ki, bu ABŞ və Kuba arasında əldə olunmuç razılığa əısasən baş verib.

Dünən ABŞ prezidenti Co Bayden Konqresə Kubanın terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarıldığı barədə məlumat verib. Bu barədə məlumat yanvarın 14-də Ağ Evin saytında yerləşdirilib.

Baydenin imzaladığı bəyanatda digər məsələlərlə yanaşı qeyd olunur ki, Kuba hökuməti son altı ay ərzində “beynəlxalq terrorizmə heç bir dəstək göstərməyib” və Vaşinqtona “gələcəkdə beynəlxalq terrorizmi dəstəkləməyəcəyinə” dair təminat verib.

Seçilən
4
herbiand.az

1Mənbələr