AZ

Ombudsman: 300 minə yaxın azərbaycanlının indiki Ermənistandan qovulması pislənilməlidir

300 minə yaxın azərbaycanlının indiki Ermənistan ərazisindən qovulması dünyada presedenti olmayan ədalətsiz qərar kimi pislənilməlidir.

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik və nifrət zəminində həyata keçirdiyi etnik təmizləmə və deportasiya siyasəti ilə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına ünvanladığı açıq məktubunda qeyd edib.

Ombudsman bildirib ki, onların ləyaqətli və təhlükəsiz qayıdış hüququnun təmini daim beynəlxalq ictimaiyyətin diqqətində olmalı, bu vəziyyətin davam etməsi beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul edilməlidir:

"Beynəlxalq sənədlər Ermənistanın üzərinə, onun ərazisindən qovulmuş azərbaycanlıların hər hansı bir ayrı-seçkiliyə yol verilmədən, sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq da daxil olmaqla, onların hüquqlarının bərpası və qorunması sahəsində konkret öhdəliklər qoyur.

Seçilən
4
9
aznews.az

10Mənbələr