AZ

Ata 15 yaşlı qızının başına oyun açdı

Rusiyada ata dörd ay ərzində 15 yaşlı qızına qarşı seksual xarakterli hərəkətlər edib.

News24.az Söz.az-a istinadən xəbər verir ki, hadisə Sankt-Peterburqda yaşanıb. 

Kişinin əməli onun keçmiş həyat yoldaşı polisə şikayət etdikdən sonra ortaya çıxıb.

Qadın bildirib ki, keçmiş əri onların 15 yaşlı qızına qarşı sözügedən hərəkətləri edib. 

Faktla bağlı "Yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıq xarakterli seksual hərəkətlər" və "Yetkinlik yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər" maddələri ilə cinayət işi açılıb. 

Araşdırma zamanı məlum olub ki, həmin şəxs 2023-cü ilin noyabr ayında ticarət mərkəzində, eləcə də 2024-cü ilin qış aylarında yaşayış binasının girişində və yaşadığı mənzildə yetkinlik yaşına çatmayan qızına qarşı dəfələrlə nalayiq və digər zorakılıq hərəkətləri edib. 

Həmin şəxs həbs edilib. İstintaq davam edir.


Seçilən
1
1
news24.az

2Mənbələr