AZ

Ötən il yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 94% olub

Bakı. Trend:

Bu ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1.597.229vergi ödəyicisinin 87 faizi fiziki şəxs, 13 faizi hüquqi şəxs vədigər təşkilatlar olub. 2024-cü ilin əvvəli ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 5,4 faiz, o cümlədən fiziki şəxslərinsayı 5,1 faiz, hüquqi şəxslərin sayı 7,3 faiz artıb.

Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, 2025-ci ilin yanvar ayının 1-nə qeydiyyatda olankommersiya qurumlarının sayı 190.367 vahid təşkil edib ki, bu daəvvəlki illə müqayisədə 8 faiz çoxdur.

2024-cü ildə 14.441 vahid kommersiya qurumu dövlətqeydiyyatından keçib ki, bunun da 89,3 faizi yerli investisiyalı,10,7 faizi xarici investisiyalı qurumlardır. Dövlət qeydiyyatındankeçmiş kommersiya qurumlarının 83,4 faizi elektron qaydada, 16,6faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydəalınıb.

Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 94faiz təşkil edib. Dövlət qeydiyyatından keçmiş kommersiyaqurumlarının 12.051-i elektron qaydada qeydiyyatdan keçib ki,onlardan 9.780-i Asan İmza ilə, 2.221-i “Finkod + mobil nömrə”üsulu ilə, 50-si isə “SİMA” rəqəmsal imza vasitəsi ilə edilmişmüraciətlər əsasında qeydə alınıb.

Yanvar ayının 1-nə dövlət qeydiyyatında olan kommersiyaqurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 40.416 vahidtəşkil edərək əvvəlki illə müqayisədə 15,7 faiz artıb. ƏDVödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkiledib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,4 faiziMMC, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s.formalarda yaradılıb.

2025-ci ilin yanvar ayının 1-nə dövlət qeydiyyatında olan125.696 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2024-cü ilinəvvəli ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,6 faizartıb.

Seçilən
1
4
az.trend.az

10Mənbələr