Türkiyədə daha bir kriminal dəstə çökdürülüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
O, Kayseri şəhərində E.Ç. ad-soyadlı şəxsin liderliyi altında fəaliyyət göstərən mütəşəkkil cinayət qrupuna qarşı "Hücrə-6" kod adlı əməliyyat keçirildiyni təsdiqlıyib: "Əməliyyatla liderləri başda olmaqla, 19 nəfər tutulub. Onlar qəsdən yaralama, talama, girovsaxlama, narkotik vasitələrin istehsalı və qanunsuz dövriyyəsi və sair cinayətlərdə ittiham olunurlar. Əməliyyatlar zamanı 15 sənədsiz tapança, 2 sənədsiz tüfəng, müxtəlif miqdarda narkotik vasitə, çoxlu sayda sənəd və digər sübutlar aşkrarlanaraq, maddi dəlil kimi götürülüb".
Nazir sonra əhaliyə müraciət edib: "Siz belə cinayətkar ünsürlər barədə çəkinmədən bizə xəbər verin, biz də lazımi tədbiri görəcəyik".
Firudin Səfərli
MİA.AZ