Rəşt Vətəndaşlıq Qeydiyyatı Şöbəsinin əməkdaşları Sevgi adlı yeni doğulmuş uşağa doğum haqqında şəhadətnamənin verilməsinə qarşı çıxıb, əvvəllər eyni adlı bir neçə şəxsə doğum haqqında şəhadətnamə verilsə də, 15 gündür Sevgi doğum haqqında şəhadətnaməsiz qalır.
Sevginin atası Nemət Abbasi bu barədə Balamın Adı kampaniyasına danışıb.
"Qızımız 2024-cü ilin dekabrın 31-də dünyaya gəlib və biz onun üçün Sevgi adını seçmişik. Rəşt qeydiyyat idarəsinin rəsmiləri bu adın “Ad Seçmə Sistemi”ndə olmadığı üçün ona şəxsiyyət vəsiqəsi verməyəcəklərini açıqlayıblar. Biz onlara türk olduğumuzu və bu adın da türk adı olduğunu desək də, onlar bizə məhəl qoymadılar. Biz məhkəməyə şikayət etmək yolu ilə məsələni davam etdirmək niyyətindəyik, çünki ad seçmək valideynlərin ən əsas hüququdur və onlar qanunsuz yollarla bizi bu hüquqdan məhrum etməməlidirlər."
Qeyd edək ki, 2022-ci ildə 15 ay davam edən hüquqi çəkişmələrdən sonra Mehdi Qiyasi ailəsi Təbriz Vətəndaşlıq Dairəsi idarəsini yeni doğulan körpələrinə türkcə “Sevgi ” adı ilə doğum haqqında şəhadətnamə verməyə məcbur edə bilib.
Əvvəllər qeyd etmişdik ki, Vətəndaş Qeydiyyatı Təşkilatının türk adlarına qarşı çıxma taktikalarından biri türk adlarını “qadağan olunmuş adlar siyahısı”ndan çıxarmamaqdır.
visiontv.az