AZ

Pezeşkian: ABŞ öhdəliklərini yerinə yetirərsə, danışıqlar aparacağıq


ABŞ öhdəliklərini yerinə yetirərsə, danışıqlar aparacağıq.

APA “Tasnim’”ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ölkəsinin Donald Tramp dövründə ABŞ ilə danışıqlara girib-girməyəcəyi ilə bağlı sualına cavab olaraq deyib.

Onun sözlərinə görə, əvvəlcə Donald Tramp verdiyi sözlərə əməl etməlidir: “Tramp ilk növbədə sözlərinə əməl etdiyini sübut etməlidir. Nə vaxt vədinə sadiq qalacaqsa, danışıqlar aparacağıq”.

Seçilən
5
apa.az

1Mənbələr