AZ

“Bank VTB Azərbaycan"ın xalis mənfəəti azalıb, öhdəlikləri artıb - Hesabat

"Bank VTB (Azərbaycan)" 2024-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” banka istinadən xəbər verir ki, ötən il "Bank VTB (Azərbaycan)"nin xalis mənfəəti 2023-cü illə müqayisədə 10% azalaraq 9 milyon 538 min manat təşkil edib. 2023-cü ildə bank 10 milyon 608 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 21% artaraq 32 milyon 612 min manat, faiz xərcləri isə 24.2% artaraq 8 milyon 483 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 14 milyon 790 min manat ( illik müqayisədə 84.3% çox ), qeyri-faiz xərcləri isə 29 milyon 845 min manata ( illik müqayisədə 27.8% çox) bərabər olub.

Ötən il bankın aktivləri 26.9% və ya 67.2 milyon manat artaraq 317 milyon 98 min manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 25.6% artaraq 234 milyon 993 min manata çatıb.

Bu dövrdə "Bank VTB (Azərbaycan)"nin cəmi öhdəlikləri 216 milyon 112 min manat təşkil edib ki, bu da illik müqayisədə 36% və ya 57.3 milyon manat çoxdur. Hesabat dövründə bankın depozit portfeli də 27.8% və ya 24.8 milyon manat artaraq 114 milyon 153 min manata yüksəlib. Fiziki şəxslərin depozitləri əvvəlki illə müqayisədə 7.3% və ya 4.7 milyon manat artaraq 106 milyon 767 min manat, hüquqi şəxslərin depozitləri isə 83.4% və ya 20.1 milyon manat artaraq 44 milyon 105 min manat təşkil edib.

2024-cü ildə bankın Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər əvvəlki illə müqayisədə 15.8% artaraq 60.9 milyon manat, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər isə 63.3% artaraq 19 milyon 262 min manat təşkil edib.

2025-ci il yanvar ayının 1-nə "Bank VTB (Azərbaycan)"nin cəmi kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.9% və ya 9.9 milyon manat artaraq 100 milyon 986 min manat təşkil edib.

Seçilən
2
4
apa.az

8Mənbələr