AZ

Xalq Bank 2024-cü ilin yekunlarını açıqladı

Ölkənin aparıcı banklarından olan Xalq Bankın 2024-cü ilin sonuna xalis mənfəəti illik müqayisədə 26.2% artaraq 65,7 milyon manat təşkil etmişdir. Qeyd edək ki, 2023-cü ilin müvafiq dövründə bank 52,1 milyon manat xalis mənfəət əldə etmişdi.

2024-cü il ərzində əsas maliyyə göstəricilərində stabil mövqe nümayiş etdirən Bankın aktivlərinin həcmi ötən ilin sonu ilə müqayisədə stabil qalaraq hesabat dövrünün sonuna 3, 068 mlrd manat təşkil etmişdir. Kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) artaraq 1 937,62 mln manat, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcmi 1 905,36 mln manat təşkil etmiş, Bankın cəmi kapitalı 511 mln manata çatmışdır. Aktivlərdən səmərəli istifadə nəticəsində ötən il ilə müqayisədə hesabat dövründə səhmdar kapitalı üzrə gəlirlilik əmsalı (ROE) 10.55%-dən artaraq 13.44 %, aktivlər üzrə gəlirlilik əmsalı (ROA) isə 1.82%-dən artaraq 2.18% təşkil etmişdir.

2024-cü ilin il ərzində Bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% artaraq 183,96 mln manata, qeyri-faiz gəlirləri isə 41,5% artaraq 42,8 mln manata yüksəlib.

2024-cü ilin iyul ayında Moody’s Ratings beynəlxalq reytinq agentliyi Xalq Bankın fəaliyyətini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsinə yüksəldib. Agentlik Bankın reytinq üzrə proqnozu “stabil” olmaqla yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsinə yüksəldib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
1
9
banco.az

9Mənbələr